Azərbaycanın amfibiya təyyarəsi yanğınla mübarizəyə cəlb olunub - VİDEO

Azərbaycanın amfibiya təyyarəsi yanğınla mübarizəyə cəlb olunub - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ötən gün ərzində təyyarə Akhisar-Taşkuyucak istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

https://youtu.be/pj5Fv427vhE?si=eFkI1rGAAIUsmgkT

Bütün xəbərlər Facebook səhifəmizdə