Ötən gün ölkə ərazisində 51 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün ölkə ərazisində çəkisi 51,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,4 kiloqrama yaxın heroin, 47,3 kiloqrama yaxın marixuana, 1,2 kiloqrama yaxın tiryək, həmçinin 50 ədəd metadon həbi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə