Masallıda maşın beton hasara çırpılıb - sürücü ölüb

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Masallı rayonunun Öncəqala kəndi ərazisində qeydə alınıb.

Belə ki, Rəşid Şəmməd oğlu Məmmədov idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirib və yol kənarındakı beton hasara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə