Şəmkirdə minik maşını ağaca çırpılıb

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayon ərazində qeydə alınıb. Hərəkətdə olan "Passat" maraklı minik maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı minik maşını deformasiyaya uğrayıb.

Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü FHN əməkdaşları tərəfindən çıxarılıb.

Ağır xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə