Avqustun 22-də 16,6 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - DİN
Avqustun 22-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) SİA-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16,6 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.
“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB