Ötən gün təhvil verilən və aşkar edilərək götürülən silahların sayı

Ötən gün təhvil verilən və aşkar edilərək götürülən silahların sayı

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 1 pulemyot, 21 tüfəng, 2 patron darağı və 38 müxtəlif çaplı patron təhvil götürüblər.

Həmin gün aparılan əməliyyatlar nəticəsində qanunsuz saxlanılan 2 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə