Laçında 1 tondan artıq çətənə bitkisi yandırılıb

Laçında 1 tondan artıq çətənə bitkisi yandırılıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq, digər qurumlarla birgə tədbir keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, tədbir zamanı Güləbird kəndinin ərazisində Həkəri çayının sağ sahilində yabanı halda bitən çəkisi 1 tondan artıq 7035 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə