Mingəçevirin bəzi ərazilərində qazın verilişi dayandırılıb

Mingəçevirin bəzi ərazilərində qazın verilişi dayandırılıb

Mingəçevir şəhərində bəzi küçələrdə qazın verilişi dayandırılıb. SİA-nın məlumatına görə, Mingəçevir xidmət sahəsinin xidməti ərazisi olan Ü.Hacıbəyov küçəsində yerləşən qaz kəmərində sızma aşkarlanıb.

Yaranmış problemin həlli istiqamətində işlərə başlanılıb.

Bu səbəbdən şəhərin Ü.Hacıbəyov, R.Rza, 20 Yanvar, İ.Qayıbov və V.Abdullayev küçələrində
qaz təchizatı dayandırılıb.

Qeyd edək ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə