Bakıda avtomobil qaçırılıb

Bakıda avtomobil qaçırılıb. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, avqustun 19-u saat 14 radələrində Novxanı bağları sahəsinin ərazisində yerləşən istirahət mərkəzinin qarşısından paytaxt sakini olan bir qadına məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.

Hadisəni törətmiş həmin obyektdə çalışan Natiq Qasımov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə