Gəncə şəhərinin bəzi ərazilərində təbii qazın verilişi dayandırılıb. SİA-nın məlumatına görə, buna səbəb 1-ci şəhər xəttində aparılan "kipliyə sınaq" və digər təmir-bərpa işləridir.
Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismar İdarəsindən bildirilib ki, qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB