Bataqlıqda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bataqlıqda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində 1 nəfərin bataqlıqda batmaq təhlükəsində olması barədə məlumatlar daxil olub. SİA FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Bülbülə qəsəbəsindəki bataqlıqda batma təhlükəsində olan 1 nəfər xilas edilib.

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com