Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə qısa müddətdə yanğınlarla mübarizəyə başlayacaq - YENİLƏNİB

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə qısa müddətdə yanğınlarla mübarizəyə başlayacaq - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə çatıb. Bu barədə SİA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə