Tovuzda bağlı qapı arxasında qalan yaşlı qadın xilas edilib - FOTOLAR
Tovuzda 90 yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın məlumatına görə, hadisə Tovuz şəhərinin Xəqani küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1934-cü il təvəllüdlü Zərnə Məmmədovanın evdə ürəyi tutub, yıxılıb.
Qonşular yaşlı qadından xəbər olmadığı üçün Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat veriblər. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunublar. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə daxil olublar, 1934-cü il təvəllüdlü qadını halsız vəziyyətdə aşkar edərək ona müvafiq köməklik göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB