Sumqayıtda qumbara partlayıb, 66 yaşlı kişi ölüb

Sumqayıtda qumbara partlayıb, 66 yaşlı kişi ölüb

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə