Ötən gün qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb - DİN

Ötən gün qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb - DİN

Avqustun 14-də polis əməkdaşları Bakı və rayonlarda 2 avtomat silahı, 1 tapança, 2 tüfəng, 2 patron darağı və 54 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə