Maştağada 2 gün qabaq qonşusunu bıçaqlayan şəxs saxlanılıb

Maştağada 2 gün qabaq qonşusunu bıçaqlayan şəxs saxlanılıb

Bakıda 2 gün qabaq qonşusunu bıçaqlayan şəxs saxlanılıb. SİA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

13 avqustda 1994-cü il təvəllüdlü Quluyev Elmir Haqverdi oğlu yaşadığı fərdi evin qarşısında qonşusu 1978-ci il təvəllüdlü Nəbiyev Ədalət Bayram oğluna aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə xəsarət yetirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quluyev Elmir Haqverdi oğlu saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə