Ağdamda yanğın baş verdi

Ağdam rayonunun Kiçikli kəndində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya bildirilib ki, umumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 10 ton ot bağlamasının 5 tonu və yaxınlıqda sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları 14 m² sahədə yanıb.

Talvarın, ot bağlamalarının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından muhafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə