Yol qəzalarının artmasının əsas səbəbləri BƏLLİ OLDU - QURUM RƏSMİSİ AÇIQLADI

Yol qəzalarının artmasının əsas səbəbləri BƏLLİ OLDU - QURUM RƏSMİSİ AÇIQLADI

Yol qəzaları ölkələrin iqtisadi inkişafına böyük zərbə vuran amillərdəndir. İlk baxışdan bir-birinə oxşayan nəqliyyat qəzaları müxtəlif səbəblərdən baş verə bilər. Buna yüksək sürət, nəqliyyat vasitəsinin texniki nasazlığı, sürücü və ya piyadanın qayda pozuntusuna yol verməsi və bu kimi digər hallar yol-nəqliyyat hadisəsinə gətirib çıxarır.

Son günlər KİV-də qəzaların artması barədə xəbərlər dərc olunur. Buna səbəb, Zərdabda baş verən ağır yol qəzası olub. Qəza zamanı nəqliyyat vasitəsində olan 2 nəfər hadisə yerində ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Dövlət Yol Polisi idarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli SİA-ya açıqlamasında deyib ki, ümumilikdə, paytaxt ərazisində cari ilin 7 ayı ilə, bu ilin 7 ayı ərzində yol nəqliyyat hadisələrində azalma qeydə alınıb: “Yol nəqliyyat hadisələrində maddi ziyanla nəticələnmiş 13 fakt ölümlə, 29 fakt xəsarətlə nəticələnmiş 11 fakt azalma qeydə alınıb”.

Paytaxt ərazisində hərəkət iştirakçıları ilə mütəmadi olaraq maarifləndirici söhbətlərin aparıldığını deyən R.Əhmədli vurğulayıb: “Məqsəd təhlükəsizliyin təmin olunması, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması, həmçinin, fasiləsiz -təhlükəsiz hərəkətin təmin olunmasıdır. Yol nəqliyyat hadisələrinin baş verməsinin qarşısının alınması üçün sürücülər idarə etdikləri nəqliyyat vasitələrinə mütəmadi texniki qulluğ göstərməli və yol infrastrukturunu düzgün qiymətləndirərək yol hərəkəti qaydalarına riayət etməlidirlər. Bu işdə piyadalar da öhdələrinə düşən vəzifələri - piyada zolağlarından, yeraltı-yerüstü keçidlərdən istifadə etməklə, yol qəzalarının azalmasında rol oynaya bilər. Belə ki, piyada vurma ilə yol nəqliyyat hadisələrinin baş verməməsi üçun yolların hərəkət hissələri ilə deyil, səkilərdən istifadə etməlidirlər”.

R.Əhmədli onu da əlavə edib ki, yol-nəqliyyat hadisələrinin baş verməsinin qarşısının alınması məqsədi ilə daim tərəfimizdən tədbirlər həyata keçirilir.

Gülnarə Həsənova

Bütün xəbərlər Facebook səhifəmizdə