Avqustun 13-də 3,9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Avqustun 13-də 3,9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Avqustun 13-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) SİA-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 3,9 kiloqrama yaxın narkotik vasitə

aşkar edilərək götürülüb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, deyə DİN-in məlumatında bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə