Cəlilabadda evdə qadın meyiti aşkar olunub

Cəlilabadda evdə qadın meyiti aşkar olunub

Cəlilabad rayonunda evlərdən birində meyit aşkarlanıb. SİA xəbər verir ki, hadisə rayonun Səttərxan küçəsində qeydə alınıb.

Meyitin rayon sakini, 1986-cı il təvəllüdlü Aybəniz Əbilovaya məxsus olduğu məlum olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə