6,6 kiloqrama yaxın narkotik vasitə aşkar edilib

6,6 kiloqrama yaxın narkotik vasitə aşkar edilib

Avqustun 9-da polis əməkdaşları narkotik vasitələrin aşkar edilməsi üçün əməliyyat keçiriblər. SİA xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6,6 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,5 kiloqrama yaxın marixuana, 1,1 kiloqrama yaxın metamfetamin, həmçinin 2760 metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 595 çətənə kolu olub.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə