Sumqayıtda evdə partlayış olub - xəsarət alan var

Sumqayıtda evdə partlayış olub - xəsarət alan var

Sumqayıt şəhərində evdə partlayış olub, xəsarət alan var. SİA xəbər verir ki, hadisə şəhərin "Betonzavod" adlanan ərazisində qeydə alınıb.

Partalayış nəticəsində Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Nağıyev Turac Telman oğlu termiki yanıq xəsarətləri alıb.

O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hadisəyə ilkin səbəb kimi qaz sızması göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə