Masazırda yüksək gərginlikli elektrik xəttinin altındakı tikili sökülüb

Masazırda yüksək gərginlikli elektrik xəttinin altındakı tikili sökülüb

Abşeron rayonunun Masazır kəndi ərazisində qanunsuz tikili sökülüb. SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən verilən məlumata görə, sözügedən ərazidə yüksək gərginlikli elektrik xəttinin altında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə