Qara Qarayev prospektində ticarət mərkəzində yanğın baş verib

Qara Qarayev prospektində ticarət mərkəzində yanğın baş verib

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə