Bakının Xətai rayonu ərazisində evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov müəyyən olunaraq saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB