Cəlilabad sakini ehtiyatsızlıqdan tanışını traktorla vuraraq öldürüb

Cəlilabad sakini ehtiyatsızlıqdan tanışını traktorla vuraraq öldürüb

Cəlilabad sakini tanışını traktorla ehtiyatsızlıqdan vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Sürücülük hüququ olmayan Məhəmməd Həsənov atasına məxsus traktoru irəli hərəkət etdirən zaman traktora qoşulmuş ot bağlayan qurğunun metal hissəsi tanışı Cavid Vahabova dəyib. C. Vahabov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə