Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, rayonun Bakı prospektində, 1988-ci il təvəllüdlü Asif Ziyad oğlu İsmayılov idarə etdiyi "FORD" markalı mikroavtobusla geriyə hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Asif Ağa oğlu İsrafilovu vurub.

Zərərçəkən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, A. İsrafilov rayon avtovağzalının müdiri vəzifəsində çalışırmış. Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə