Şəmkirdə 72 yaşlı kişini avtomobil vuraraq öldürüb

Şəmkirdə 72 yaşlı kişini avtomobil vuraraq öldürüb

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın məlumatına görə, hadisə Şəmkir şəhərində bankların birinin yaxınlığında qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Məhəmməd Əzimovu "Opel" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə