Balakəndə avtomobil qadını vuraraq öldürüb

Balakəndə avtomobil qadını vuraraq öldürüb

Balakən rayonunda avtomobil qadını vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 22-də saat 21 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1955-ci il təvəllüdlü Sürəyya Murtuzəliyevanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə