Ağdaşda futbol klubunun prezidenti çayda boğulub. SİA xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndində qeydə alınıb.
Rayon sakini, 1988-ci il təvəllüdlü Fərid Ağazadə çayda çimərkən boğulub. Onu sudan çıxartmağa çalışan qohumu, 1990-cı il təvəllüdlü Rəhman Əliyev də boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Rəhman Əliyev Azərbaycanın futbol üzrə II Liqa təmsilçisi "Ağdaş" klubunun rəhbəridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB