“Abşeron” ticarət mərkəzində yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda “Abşeron” ticarət mərkəzinin ərazisində yanğın olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ümumi sahəsi 130 m² olan taxta sexinin içərisində sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd kondisioner və 30 m² sahədə taxta materialları yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə