Qusar rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, Qusar rayonunun Əcəxuroba kəndi ərazisində "TikTok" sosial şəbəkəsi üçün video çəkən rayon sakini, 1995-ci il təvəllüdlü Albert Xaspoladov ağır qəza törədib.
O, video çəkərkən "VAZ 2107" markalı minik avtomobili ilə qəfil əks zolağa manevr edərək 1997-ci il təvəllüdlü Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə A.Xaspoladov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB