FHN: Ötən sutka ərzində 4 nəfər xilas edilib

FHN: Ötən sutka ərzində 4 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” Qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 55 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində ümumilikdə 3-ü azyaşlı olmaqla, 4 nəfər xilas edilib, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə