Bakıda usta 3-cü mərtəbədən yıxılıb

Bakıda usta yeni tikilən binadan yıxılıb. SİA xəbər verir ki, Binəqədi rayonu Cəfər Xandan küçəsində tikilməkdə olan binada usta işləyən Şamil Umudov suvaq işləri ilə məşğul olarkən 3-cü mərtəbədən yerə yıxılıb.

Nəticədə Şamil Umudov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə