Sumqayıtdakı yol qəzasında yaralananlardan birinin vəziyyəti ağırdır
Bakı-Quba yolunun Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib. Qəsəbəyə sərnişin daşıyan 3 nömrəli marşrut avtobusu TIR-la toqquşub, 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Hacı Zeynalabdin Tağıyev-Sumqayıt avtomobil yolunda baş verən qəza ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi , 5-i qadın) yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                    .jpg) 
                                                     
                                                     
                                                     
                                                     
    


 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB