Ötən gün 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - NAZİRLİK
İyulun 11-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 çətənə kolu aşkarlanaraq götürülüb.
“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB