Bu ilin 6 ayı ərzində vətəndaşlar mindən çox odlu silah təhvil verib - DİN

Cari ilin 6 ayı ərzində 1029 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, könüllü təhvil verilən odlu silahlardan 40 avtomat, 14 tapança, 975 ov tüfəngi olub.

DİN vətəndaşlara müraciət edərək bildirib ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir:

"Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevirilə, faciəyə səbəb ola bilər", - deyə məlumatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə