Naftalanda istixanada yanğın oldu

Naftalan şəhərində istixana ərazisində yanğın baş verib. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyindən bildirilib. Belə ki, ümumi sahəsi 1000 m² olan birmərtəbəli inzibati binanın sahəsi 50 m² olan 1 otağının plastik pəncərə çərçivəsi və içərisində olan əşyalar qismən yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavanı əriyib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bütün xəbərlər Facebook səhifəmizdə