Saatlıda atasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Saatlıda atasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu, 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə