Paytaxtın Nərimanov rayonunda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Aşıq Alı küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən SİA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində, onikimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş vermiş yanğın digər mənzillərə keçmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan dördotaqlı mənzilin bir otağı qismən yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub, xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə