Pəncərə silən qadın yıxılaraq ölüb

Pirallahı rayonunda gənc qadın bədbəxt hadisə nəticəsində ölüb. SİA-nın məlumatına görə, 29 yaşlı İlahə Hacıyevə yaşadığı mənzilin pəncərəsini silərkən yıxılıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin ehtiyatsızlıq, yoxsa cinayət olduğunu müəyyən etmək məqsədi ilə rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə