Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən Şirvan şəhər sakini tutulub

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşlardan barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul alan şəhər sakini Taleh Qədirov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, araşdırmalar zamanı özünü qazi kimi tanıdan T.Qədirovun bir nəfər şəhər sakinindən 1000 manat aldığı, bir nəfərdən isə eyni məbləğdə pul tələb etdiyi məlum olub.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

T.Qədirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə