Ramanada avtomobil qaçıran şəxs ələ keçdi

Ramana qəsəbəsi ərazisindən “Ravon” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən verilən xəbərdə deyilir.

Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Zabrat qəsəbəsi ərazisində tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə