Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub - FOTOLAR

Naxçıvan şəhərində fəaliyyət göstərən dönərxanada aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu faktı aşkar edilib. SİA xəbər verir ki, yoxlama zamanı dönərxanada temperatur rejiminə əməl edilmədiyi, termiki emala məruz qalmış dönərin növbəti gün yenidən istifadə olunması məqsədilə təkrar dondurulması, döşəmə və divarların hamar, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasınının mümkünlüyünü təmin edən materialla üzlənmədiyi, işçilərin ilkin və dövri tibbi yoxlamadan keçmədiyi müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində protokol tərtib olunub, müvafiq məhdudlaşdırıcı qərar qəbul edilərək, qeyd olunan nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə