İyulun ilk günü 18 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - NAZİRLİK

İyulun 1-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 17,9 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə