Şabranda yol qəzasında 1 nəfər ölüb - 3 nəfər yaralanıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, “Shacman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 30 yaşlı Vahid Əmirli hadisə yerində ölüb. Paytaxt sakinləri Pəri Vəliyeva, Seyidağa Səmədov və İlqar Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə