Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib. SİA-nın xəbərinə görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Oqtay Sabir oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə təxminən 35-40 yaşlı qadını (şəxsiyyəti dəqiqləşdirilir) vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə