Ötən gün 23,3 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - DİN

İyunun 27-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) SİA-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,3 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,3 kiloqrama yaxın heroin, 19,3 kiloqrama yaxın marixuana, 635 qrama yaxın tiryək, 105 qram metamfetamin, 100 metadon həbi, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 38 çətənə kolu olub.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, deyə DİN-in məlumatında bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə