Dörd gün əvvəl maşınla vurulan Zaqatala sakini bu gün vəfat edib

Dörd gün əvvəl maşınla vurulan Zaqatala sakini bu gün vəfat edib. Hadisədən sonra 14 yaşlı sakin Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdı.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, iyunun 22-də Zaqatala sakini 39 yaşlı Abdulla Ömərov idarə etdiyi “Toyota” markalı avtomobillə şəhərin Anar Həmidov küçəsində 14 yaşlı piyada Əkbər Alxasovu vurub. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstəriləndən sonra o, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin müayinə və müalicələr təyin ediləndən sonra yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq Əkbər Alxasov axşam saatlarında vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə