Buzovnada quldurluq edən şəxslər saxlanılıb

İyunun 23-ü gecə saatlarında Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, daxil olan məlumatla əlaqədar Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ruslan Hüseynli və 1984-cü il təvəllüdlü Cahid Əkbərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə